Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistan və Rusiya ticarət və enerji sahələrində əlaqələri gücləndirmək barədə razılığa gəlib

Pakistan və Rusiya ticarət və enerji sahələrində əlaqələri gücləndirmək barədə razılığa gəlib


Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Pakistanın xarici işlər naziri İshaq Dar və rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli münasibətləri müzakirə ediblər və ticarət və enerji sahələrində əlaqələri gücləndirmək barədə razılığa gəliblər.

Pakistan diplomatik missiyasının məlumatına görə, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) nazirlər səviyyəsində tədbirləri çərçivəsində Manilada keçirilən görüşdə tərəflər "ticarət, enerji, [nəqliyyat] əlaqəsi və digər əsas sahələrdə əməkdaşlığı daha da gücləndirmək, eləcə də çoxtərəfli forumlarda koordinasiyanı gücləndirmək öhdəliklərini bir daha təsdiqləyiblər". Lavrov və Dar "Pakistan-Rusiya tərəfdaşlığının inkişafı üçün yüksək səviyyəli qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar".

Bundan əlavə, nazirlər əsas regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparıb və sıx əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Xəbəri paylaş